İranın Hörmüzqan əyalətində 4,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar çərşənbə axşamı saat 01:45 radələrində əyalətin Fərğan şəhəri yaxınlığında qeydə alınıb.
Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində insan tələfatı və ya dağıntılar barədə hələlik məlumat verilməyib.
Mənbə: bizim.media