Ronaldunun toyuna gələcək məşhurların adları açıqlandı

Ronaldunun toyuna gələcək məşhurların adları açıqlandı

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun ulduzu Kriştianu Ronaldunun Corcina Rodrigeslə toyunun qonaq siyahısı açıqlanıb.

mərasimə UFC-nin keçmiş çempionları Həbib Nurməhəmmədov və Konor Makqreqor, həmçinin Dreyk, Rihanna, Cennifer Lopes, "IShowSpeed" və Pirs Morqan kimi tanınmış simalar dəvət olunublar.

Toyun qarşıdakı həftəsonu Portuqaliyanın Madeyra adasında keçirilməsi planlaşdırılır. Nikah Funşal kafedralında bağlanacaq, toy məclisi isə beşulduzlu hoteldə təşkil ediləcək. Mərasimlə əlaqədar hotelin bəzi mərtəbələri və bar zonaları müvəqqəti bağlanacaq.

Qeyd edək ki, Funşal Ronaldunun doğulduğu şəhərdir. O, Corcina Rodrigesə 2025-ci ildə evlilik təklifi edib, cütlük isə 2016-cı ildən birlikdədir.

Mənbə: news.milli.az