"Bakı metropoliteni yeni 9 stansiyanın tikintisinə başlayacaq".
Bu barədə "Oxu.az"a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O qeyd edib ki, hazırda bununla bağlı danışıqlar aparılır:
"Bənövşəyi" xətt üzrə 5, "yaşıl" xətt üzrə isə 4 stansiyanın tikintisindən söhbət gedir. Yaxın vaxtlarda həmin stansiyaların tikintisi üzrə müsabiqə elan olunacaq.
Müsabiqənin qalibləri müəyyən ediləndən sonra stansiyaların tikintisinə start veriləcək.
Stansiyaların tikintisinə gələn ildən başlanacaq. 9 stansiya 2030-cu ilə qədər tikilib istifadəyə veriləcək".
Mənbə: www.bakupost.az