Biləsuvarda və Bakının Sabunçu rayonunda iki oxşar bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, Biləsuvarın Xırmandalı kənd sakini 2026-cı il təvəllüdlü Raul Vüqar oğlu Abdullazadə nəfəs borusunda qida qalması səbəbindən xəstəxanaya aparılarkən yolda vəfat edib.
Sabunçu rayonunda da 74 yaşlı Sevda Əkbər qızı Nəbiyeva eyni səbəbdən dünyasını dəyişib.
Faktlarla bağlı araşdırma aparılır.
Mənbə: qafqazinfo.az