Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qax rayonunda baş verən avtomobil qəzasında iki nəfər xəsarət alıb.

Hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" və "Niva" markalı iki avtomobil toqquşub. Nəticədə yol kənarına aşan "Hyundai"da olan iki nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər

Faktla bağlı araşdırma aparılır.

Mənbə: publika.az