Bu gün Diaspor Gənclərinin VII Yay Düşərgəsi keçirilib.
Düşərgədə qürur və kədər dolu anlar yaşanıb.
Belə ki, şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva görüşdəki Rəşad adlı iki iştirakçını bağrına basıb.
Qeyd edək ki, Rəşad Mirzəli 1995-ci il mayın 26-sı Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan R.Mirzəli 2020-ci il sentyabrın 27-si başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Mənbə: qafqazinfo.az