Antarktidada soyuq dalğası son 15 ildə ilk dəfə Yeni Zelandiyanın Cənub Adasını bürüyərək qar yağdırıb, kəskin soyuqlar və nəqliyyatda fasilələr yaradıb.
Ən çox zərər çəkən şəhər Cənub Adasında ikinci ən böyük şəhər olan Dunedin olub. Küçələri qar örtüb və polis sakinləri buzlu yollar səbəbindən bütün vacib olmayan səyahətlərdən çəkinməyə çağırıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu səhər bir neçə qəza baş verib, lakin xəsarət alan olmayıb.
Qar yağışı səbəbindən şəhərdəki bütün avtobus marşrutları ləğv edilib. Şimal və Cənub Adaları arasında bərə xidmətləri də güclü külək və yüksək dalğalar səbəbindən dayandırılıb.
MetService milli hava xidmətinin məlumatına görə, hətta Kraystçörçdəki Nyu Brayton çimərliyində də qar yağıb. Dunedin şəhərində dəniz səviyyəsində qar nadir hal hesab olunur, baxmayaraq ki, bəzən şiddətli soyuqlar zamanı şəhərin dağlıq ərazilərinə də yağır.
Professorlar soyuq havanın ən azı iki gün davam edəcəyi barədə xəbərdarlıq edirlər. Cümə axşamı günü ölkənin bir çox yerində ilin əvvəlindən bəri ən aşağı temperatur müşahidə oluna bilər.
Mənbə: unikal.az