Azərbaycanda daha bir universitet bağlanır?

Azərbaycanda daha bir universitet bağlanır?
"Abituriyent” jurnalının 4-cü sayında 2026–2027-ci tədris ili üzrə qəbul aparılan ali təhsil müəssisələrinin siyahısında Naxçıvan Müəllimlər İnstitutunun adına rast gəlinmir.
"Yeni Sabah”a istinadla xəbər verilir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) magistraturaya qəbulla bağlı statistik məlumatlarında da Naxçıvan Müəllimlər İnstitutunun 2026-cı ildə magistratura üzrə qəbul planında yer almadığı göstərilir. Beləliklə, mövcud məlumatlara əsasən, institut bu tədris ilində həm bakalavriat, həm də magistratura səviyyəsində tələbə qəbulu həyata keçirməyəcək.
Bu vəziyyət isə Naxçıvan Müəllimlər İnstitutunun gələcək fəaliyyəti ilə bağlı suallar yaradır. Xüsusilə bu il qəbulun hər iki səviyyə üzrə aparılmaması "institut bağlanacaqmı?” sualını gündəmə gətirir.
Naxçıvan Müəllimlər İnstitutundan sorğuya cavab verilmədi.
Məsələ ilə bağlı aidiyyəti qurumlara da sorğu göndərilib. İnstitutun fəaliyyətinin davam etdirilib-etdirilməyəcəyi, qəbulun niyə dayandırıldığı və gələcəkdə tələbə qəbulunun bərpa olunub-olunmayacağı ilə bağlı rəsmi açıqlama əldə edildikdən sonra məlumat təqdim olunacaq.

Mənbə: azxeber.com