Ötən gün Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin başvermə səbəbi ilə bağlı yeni məlumat yayılıb.
Oxu.Az-ın məlumatına görə, qəzaya düşən şəxslərin qohumları hadisəyə arıların səbəb olduğunu iddia edirlər.
Onların sözlərinə görə, arıların avtomobilin salonuna daxil olması sürücünün diqqətini yayındırıb və nəticədə qəza baş verib.
Faktla bağlı araşdırmanın nəticələri açıqlanandan sonra hadisənin dəqiq səbəbi məlum olacaq.
İqbal Ziya
Mənbə: oxu.az