Astarada qaz xətti zədələndi: 5 kəndə qaz verilmir

Astarada qaz xətti zədələndi: 5 kəndə qaz verilmir

Astarada yol-nəqliyyat hadisəsi qaz xəttini zədələyib, 5 kəndin qaz təchizatı dayandırılıb

Bizim.Media xəbər verir ki, Astara rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ərçivan qəsəbəsindən keçən qaz xətti zədələnib.

Hadisə nəticəsində rayonun beş kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Səhər saatlarından etibarən Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Mənbə: bizim.media