İranın Qum şəhərində hicabsız çıxış edən müğənni Pərəstu Əhmədi və onun ansamblının dörd üzvü barəsində çıxarılmış 74 şallaq zərbəsi cəzası icra olunub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu cəza İranda qadınların yaradıcılıq fəaliyyəti ilə məşğul olduqlarına görə məhkəmə təqibinə məruz qalması məsələsini yenidən gündəmə gətirib.
Vəkil Mustafa Nili bildirib ki, hökm qanuni qüvvəyə mindikdən və iş cəzanın icrası şöbəsinə göndərildikdən sonra Pərəstu Əhmədi, Süheyl Fəqih-Nasiri, Amin Tahiri, Əmirəli Pərniya və Möhsün Ləşkari prokurorluğa çağırılıblar. Onların hər birinə 74 şallaq zərbəsi endirilib.
Mənbə: azxeber.com