Yeni mövsümün hazırlıqlarını davam etdirən “Şəfa” ilk legioner transferini reallaşdırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi Vlad Marian Popu heyətə cəlb edilib. Rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Rumıniya U-21 millisinin sabiq üzvü olan Vlad son olaraq “Unirea Sloboziya”nın formasını geyinib. 25 yaşlı futbolçu karyerası ərzində “Universitatea Krayova” və “Mioveni” kimi klublarda da çıxış edib.
Mənbə: unikal.az