Fati “Barsa”dan buna görə gedib - Atası açıqladı

Fati “Barsa”dan buna görə gedib -

“Monako”nun hücumçusu Ansu Fatinin atası Bori Fati oğlunun “Barselona”dan ayrılmasının səbəbini açıqlayıb.

İnsayder Fabritsio Romano Borinin sözlərini sitat gətirib:

“Hans-Diter Flik heç vaxt oğlumla danışmayıb. Ansunun “Monako”da qalmaq qərarını dəyişdirə biləcək heç nə baş verməyib”.

Ansu Fati bu yay 11 milyon avroya “Barselona”dan “Monako”ya keçib. Hücumçu “Monako” ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalayıb. O, həmçinin 2025/26 mövsümündə “Monako”da oynayıb, lakin icarə əsasında. Bütün yarışlarda 30 oyunda meydana çıxıb və 12 qol vurub.

Mənbə: publika.az