Argentina Futbol Assosiasiyası (AFA) hücumçu Lionel Messinin milli komandadakı karyerasına ehtiram əlaməti olaraq, milli çempionatın bütün divizionlarında oyunları müvəqqəti dayandırmaq qərarına gəlib.
Növbəti turda həm kişilərin, həm də qadınların daxili yarışlarındakı bütün oyunlar 10-cu dəqiqədə dayandırılacaq və Messinin şərəfinə alqışlar səsləndiriləcək.
MLS çempionu "İnter Mayami"nin 39 yaşlı hücumçusu Argentina milli komandasının heyətində 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.
Messi milli komandada karyerasını bitirdiyini elan edib.
Mənbə: publika.az