Estoniya Rusiya və Belarus idmançılarının ölkə ərazisində keçirilən idman yarışlarında iştirakına qadağa qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
Məlumata görə, ölkənin Mədəniyyət Nazirliyi Beynəlxalq Xizək Federasiyasına məhdudiyyətlərin Ukraynadakı müharibə başa çatana qədər qüvvədə qalacağını bildirib.
Qadağa neytral statusla çıxış edən idmançılara da şamil olunur.
Mənbə: bizim.media