UEFA Millətlər Liqası: Azərbaycan Lixtenşteyni məğlub etdi

UEFA Millətlər Liqası: Azərbaycan Lixtenşteyni məğlub etdi

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Lixtenşteyn ilə qarşılaşıb.

Vaduts şəhərində keçirilən D Liqasının 2-ci qrupunun matçı Azərbaycan komandasının qələbəsi ilə bitib - 1:0.

26-cı dəqiqədə Mahir Emreli fərqlənib.

Azərbaycan millisi dörd oyundan sonra 8 xalla qrupu birinci pilədə başa vurub. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək./Report

Mənbə: yenisabah.az