“Neftçi” futbol komandası Türkiyədə Kiyevin “Dinamo” klubu ilə yoldaşlıq görüşü keçirib.
“Report” xəbər verir ki, qarşılaşma Kiyev təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan təmsilçisinin heyətində yeganə qolu qarşılaşmanın 70-ci dəqiqəsində Vanqelis Platellas vurub.
Qeyd edək ki, bu, "Neftçi"nin ikinci yoldaşlıq görüşüdür. Azərbaycan təmsilçisi daha əvvəl Polşanın LKS klubuna 4:0 hesabı ilə məğlub olub.
Mənbə: report.az