"Benfika"nın futbolçusu Ruben Diasın "Mançester Siti"yə keçidi rəsmiləşib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb. 23 yaşlı oyunçunun yeni klubunda 3 nömrəli forma geyinəcəyi bildirilib.
Qeyd edək ki, bu transfer üçün "Mançester Siti" 68 milyon avro təzminat ödəyib.
Mənbə: qol.az