“Zirə” belçikalı hücumçusu ilə yollarını ayırıb

“Zirə” belçikalı hücumçusu ilə yollarını ayırıb<span class="qirmizi"></span>

“Zirə” belçikalı futbolçusu Loris Broqno ilə yollarını ayırıb.

“Report” xəbər verir ki, bu barədə 31 yaşlı hücumçu instaqram səhifəsi vasitəsilə paylaşım edib.

O, başa çatan müqaviləsinin yenilənməyəcəyini bildirib: “Azərbaycanda keçirdiyim iki ilə görə “Zirə” klubuna təşəkkür edirəm. İndi yeni macəra vaxtıdır”.

Qeyd edək ki, Loris Broqno “Zirə”yə 2021-ci ilin yayında Belçikanın “Beerşot” klubundan keçmişdi.

Mənbə: report.az