“Heyətimi gecə klublarında təyin edirəm” - VİDEO

“Heyətimi gecə klublarında təyin edirəm” -

“İlk 11-liyimi gecə klublarında müəyyənləşdirirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Başakşəhər”lə keçirilən oyundan sonra deyib.

Çalışdırıcı heyəti necə təyin etdiyini açıqlayıb: “İstanbulda gecə klublarına gedirəm. 25 qəpiyim var. Qəpikləri orada havaya atıram və masada qalanlara uyğun oyunçuları seçirəm. Yerə düşənlər isə ehtiyatda qalır. Və bundan həzz alıram, nəticədə heyətim belə formalaşır”.

Qeyd edək ki, Türkiyə Superliqasının 35-ci turunda “Başakşehir”ə 4:1 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra xallarını 78-ə çatdıran “Fənərbaxça” ikinci pillədə qərarlaşıb. Meydan sahibləri isə 51 xalla beşinci yerdədir.

Mənbə: qafqazinfo.az