“Real” “Arsenal” səddini keçə biləcək? - Son yarımfinalçılar müəyyənləşir

“Real” “Arsenal” səddini keçə biləcək? - Son yarımfinalçılar müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə gerçəkləşəcək iki matçdan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşəcək.

“Real Madrid” doğma meydanda “Arsenal”ı qəbul edəcək. “Bavariya” isə səfərdə “İnter”in qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

23:00. “Real” (İspaniya) - “Arsenal” (İngiltərə) (ilk oyun - 0:3)

23:00. “İnter” (İtaliya) - “Bavariya” (Almaniya) (ilk oyun - 2:1)

Xatırladaq ki, “Barselona” və PSJ cavab görüşlərində məğlub olsalar da, ilk oyundakı nəticələrə əsasən, yarımfinala yüksəlib.

Mənbə: qafqazinfo.az