“Küncdə qalmış xarici müğənniləri gətirib, xalqa sırıyırsınız”

“Küncdə qalmış xarici müğənniləri gətirib, xalqa sırıyırsınız”

Müğənni Nadir Qafarzadə təşkilatçılara səslənib.

Axşam.az xəbər verir ki, sənətçi "İncə səhər" verilişində Xalq artisti Flora Kərimovaya yaradıcılıq gecəsi keçirilməsini təklif edib.

"Heç kim Flora Kərimova üçün yaradıcılıq gecəsi keçirməyib. Bunu musiqiçi kimi yox tamaşaçı kimi istərdim ki, konsert məkanlarının birində onun üçün gecə təşkil olunsun. Bu tədbir bir gün yox 7-8 gün olmalıdır. Anşlaq olacaq. Flora xanım kraliça kimi səhnədə kürsüdə əyləşir, biz müğənnilər isə gəlib önündə onun mahnılarını oxuyuruq. Bu isə tarix, xatirə və fövqəl günlərdən olacaq"deyə, Nadir bildirib.

Nadir təşkilatçıların əcnəbi müğənnilərə konsert etməsini tənqid edib:

"Təşkilatçılara efirdən üz tutub deyirəm ki, gedirsiniz oradan-buradan, küncdən-bucaqdan gic-gic ifaçıları xaricdən gətirib bu xalqa güclə sırıyırsınız. Keçirdin sənətkarlarımızın yaradıcılıq gecələrini. Gənclərimiz böyük məmnuniyyətlə bu konsertlərə gələcəklər".

Mənbə: yenisabah.az