Xəyanət qalmaqalı ilə gündəmə gələn Nüşabədən daha bir etiraf – Buna görə... + VİDEO/FOTO

Xəyanət qalmaqalı ilə gündəmə gələn Nüşabədən daha bir etiraf – Buna görə... + VİDEO/FOTO

Xəbər verdiyimiz kimi, müğənni Nüşabə Musayeva “Tarixin bir günü” verilişində qalmaqallı xəyanət etirafı etmişdi.

Yenisabah.az-ın əldə etdiyi məlumata əsasən, məsələnin təfərrüatı məlum olub.

Belə ki, ötən gün müğənni instaqram hesabında maraqlı bir paylaşım edib. Öz videosunu paylaşan Nüşabə Musayeva altında bu sözləri qeyd edib:

“Kaş ki, etməsəydin xəyanət mənə. Mən də etdim sənə, ruhum sakitləşdi”.

Bu sözləri gülüş smaylikləri ilə qeyd edən ifaçının həmin paylaşımına çoxlu izləyici rəyi gəlib. Bir çoxları onun bu hərəkəti gündəmə gəlmək məqsədi ilə etdiyini vurğulayıb. İzləyicilərinin əksəriyyəti onun tərəfini tutaraq, bu məsələnin real olduğuna inanmadıqlarını da ifadə ediblər. Hətta ifaçının özü də rəylərdən birinə verdiyi cavabda bu ehtimalı təsdiqləyib. Həmçinin, türk mahnısıyla paylaşdığı videoda da bir növ bu iddianı irəli çəkib.

Sözügedən məlumatları təsdiq edən paylaşım və rəyləri təqdim edirik:

Aytac Şahin

Mənbə: yenisabah.az