Əməkdar artist Qarabağda konsert verdi

Əməkdar artist Qarabağda konsert verdi

Qarabağ Universitetində İncəsənət fakültəsinin müəllimi, əməkdar artist Firuz Səxavət və tələbələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Bu barədə Qarabağ Universitetinin rəsmi səhifəsi məlumat yayıb.

Konsert proqramının sonunda Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək Firuz Səxavəti, “Qarabağ ansamblı”nı və tələbələri təbrik edib, onların bu təşəbbüsünü yüksək qiymətləndirib və bu cür tədbirin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.

Rektor Azərbaycan musiqisinin zənginliyini və gənc nəslin bu mirasa sahib çıxmasının əhəmiyyətini vurğulayıb.

Mənbə: axar.az