Məşhur türkiyəli sənətçi İbrahim Tatlısəs müğənni Hülya Avşarın yutub proqramında qonaq olub.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Tatlısəs verilişdə keçmişindən və həyata baxışından danışıb.
İllər sonra səhnə soyadının hekayəsini də paylaşan Tatlısəs soyadını ona türkiyəli musiqiçi Yılmaz Tatlısəsin verdiyini deyib:
“Yılmaz Tatlısəs mənə soyadını verdi. Şanlıurfadan gəlmişdim. “Uzun hava oxu”, - dedi. Oxudum, “Axtardığımız adam budur”, - dedi. Sonra soyadını verdi”.
Mənbə: qafqazinfo.az