Türkiyənin məşhur aktyoru Berk Atan qəzaya düşüb.
“Qafqazinfo” bu barədə “Milliyet”ə istinadən xəbər verir.
Onun onurğa və qabırğalarında sınıq olduğu və vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Berk “Her Şey Yolunda Merkez”, “Güneşin Kızları”, “Dayan Yüreğim” seriallarında rol alıb. Aktyor hazırda TRT-də yayımlanan “Gönül Dağı” layihəsində baş rolu canlandırır.


Mənbə: qafqazinfo.az