Zelenski onları “qara siyahı”ya saldı

Zelenski onları “qara siyahı”ya saldı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə müharibədə Rusiyaya açıq dəstək verən 20 rusiyalı mədəniyyət və idman xadimi ilə bağlı fərman imzalayıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, sanksiyalar 10 il müddətinə tətbiq edilib və bu məhdudiyyətləri nəzərdə tutur:

Ukraynanın dövlət mükafatlarından məhrumetmə, maliyyə aktivlərinin bloklanması, ticarət əməliyyatlarına qadağa və onların yaradıcılığının Ukrayna ərazisində yayılmasının tam olaraq məhdudlaşdırılması.

Siyahıya adı daxil edilənlər:

- İrina Apeksimova (teatr və kino aktrisası)

- Eqor Konçalovski (kinorejissor)

- Vitali Qoqunski (“Univer” serialında Kuzya obrazı ilə tanınan aktyor)

- Nikita Ciqurda (aktyor-şoumen)

- Roman Çumakov (Jiqan) (reper)

- Nikolay Rastorquev (“Lyube” qrupunun lideri)

- Yaroslav Dronov (ŞAMAN) (müğənni, vətənpərvərlik mahnılarının ifaçısı)

- Oskar Kuçera (aktyor-teleaparıcı)

- Yevgeni Mironov (Rusiyanın Xalq artisti)

- Aleksandr Pankratov-Çernıy (Rusiyanın Xalq artisti)

- Alexander Rozenbaum (müğənni və bəstəkar)

- İqor Sukaçev, rok musiqiçisi (“Toxunulmazlar” qrupunun rəhbəri)

- Sergey Polunin (dünya şöhrətli balet artisti)

- Nikolay Tsiskaridze (balet artisti, A.Y.Vaqanova adına Rus Balet Akademiyasının rektoru)

- Yuri Kuklaçev (“Pişik Teatrı”nın yaradıcısı)

Mənbə: qafqazinfo.az