Ermənilər Qarabağdan QAÇIR

Ermənilər Qarabağdan QAÇIR

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı işğal altındakı 7 kənd düşmən işğalından azad olunub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keçmiş Ağdərə rayonunun ərazisində yerləşən Talış, Madagiz kəndləri, Ağdərə qəsəbəsi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və ətraf kəndlərin erməni əhalisi ərazini tərk edib. Onlar Xankəndi-Gorus yolu ilə Ermənistan ərazisinə köçürülür.

Azərbaycan Ordusunun uğurları ilə bağlı təmas xəttindən nisbətən uzaq yerləşən yaşayış məntəqələri, o cümlədən Xankəndi şəhərində yaşayan ermənilər də Qarabağı kütləvi şəkildə tərk edir. Onların axınının qarşısını almaq üçün qondarma rejimin nümayəndələri sakinlərin bölgədən çıxacağı yollarda məhdudiyyətlər tətbiq edir.

 

Mənbə: modern.az