"Deyəsən son günlər Paşinyanın Putinə artan zəngləri öz nəticələrini verməyə başlayır..."

"Deyəsən son günlər Paşinyanın Putinə artan zəngləri öz nəticələrini verməyə başlayır..."

"Laçınlılar-Berdzorlular təhlükəsizlik təminatı aldıqlarından köçü dayandırıblar".

Bunu xunta rejiminin Laçındakı nümayəndəsi Muşeq Alaverdyan Armenpresə deyib. O, bildirib ki, "Berdzor (Laçın) və Sus (Zabux) yaşayış məntəqələrində əhalinin köçü dayandırılıb. Bu an etibarilə razılaşdırılmış anlaşmanın dəyişdiyini və təhlükəsizlik təminatı aldığımızı deyə bilərəm. Ona görə bu məntəqələrdə köçü dayandırıb, öz yerimizdə qalırıq".

Deyəsən son günlər Paşinyanın Putinə artan zəngləri öz nəticələrini verməyə başlayır və ermənilər anlaşmadan kənar torpaqları da əldə saxlamağa çalışır. Eyni vəziyyət Kəlbəcərin Çərəktar və Umudlu kəndlərinə də aiddir. Dövlət qurumlarının bu tipli məsələlərə aydınlıq gətirib cəmiyyəti məlumatlandırması vacibdir.

Oqtay Qasımov, Siyasi analitik

 

 

Mənbə: moderator.az