“Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik”

“Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik”

“Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var”.

Bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.

“Yəni avropalı tərəfdaşlarla təmaslarımızda biz bu mesajı çatdırırıq ki, bizim uzunmüddətli müqavilələrə ehtiyacımız var, birgə səy göstərərək qaz nəqli sisteminin genişləndirilməsi ehtiyacı var”, - Azərbaycan lideri qeyd edib.

Mənbə: qafqazinfo.az