Deputat qanun layihəsinin adının dəyişdirilməsini təklif etdi

Deputat qanun layihəsinin adının dəyişdirilməsini təklif etdi

"Kraudfandinq termininin özü bir qədər anlaşılan deyil. Dilimizə yaddır. Bu gün dilimiz üzərində təzyiq yaradan əsas vasitələrdən biri də bu terminlərdir".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Hikmət Məmmədov deyib.

"Kraudfandinq sözünün tərcümədən mənası kollektiv maliyyələşdirmə və ya ictimai maliyyələşdirmədir. Əgər mümkündürsə, qanunvericilik təşəbbüsü ilə çıxış edən subyekt razıdırsa, bunu dəyişərək "Kollektiv maliyyələşdirmə haqqında" və ya "İctimai maliyyələşdirmə haqqında" qanun edək", - deyə deputat bildirib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov qanunun adının dəyişdirilməsi ilə bağlı təklifə münasibət bildirib.

"Biz bu adları nə qədər milliləşdirməyə cəhd edəcəyiksə, müəyyən uğursuzluğumuz ola bilər. Gərək bunu tam dəqiq ifadə edək. Təhrif edilmiş adlar bu qanunun mahiyyətini təhrif edə və bizi əsas məqsəddən uzaqlaşdıra bilər", - deyə komitə sədri bildirib.

Mənbə: unikal.az