ABŞ və Ukrayna nümayəndələri hava məkanında atəşkəsin təmin olunmasına dair yeni təşəbbüsü müzakirə ediblər.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, hazırlanan təklif növbəti sülh danışıqları çərçivəsində Rusiya tərəfinə təqdim ediləcək. Təşəbbüsün əsas məqsədi hava hücumlarının dayandırılması və münaqişənin gərginliyinin azaldılmasıdır.
Reuters-in yazdığına görə, çərşənbə axşamı Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün keçirilməsi planlaşdırılır.
Bildirilir ki, görüşdə Ukraynadakı müharibə, sülh danışıqları və mümkün atəşkəs mexanizmləri əsas müzakirə mövzuları olacaq.
Hələlik Rusiya tərəfi bu təşəbbüslə bağlı rəsmi mövqe açıqlamayıb.

Mənbə: bizim.media