Tramp Zelenski ilə Ağ Evə gələn bu şəxsə medal verdi - FOTO

Tramp Zelenski ilə Ağ Evə gələn bu şəxsə medal verdi - FOTO

Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofisi rəhbərinin müavini Pavlo Palisa Vaşinqtonda dövlət başçılarının görüşü zamanı ABŞ Prezidenti Donald Trampdan xatirə medalı alıb.

Bu barədə Ukrayna nümayəndə heyətinin üzvü “Telegram”da məlumat verib.

Palisa yazıb: "Oval kabinetdən təkcə kolleksiyamdakı ən böyük sikkə ilə deyil, həm də prezidentlər Zelenski və Tramp arasındakı görüşün nəticələrinə böyük nikbinliklə ayrıldım".

Donald Trampın “Çağırış Sikkəsi görüşlər, səfərlər və rəsmi tədbirlər zamanı şəxsən təqdim edilir. Onun mərkəzində ailə gerbi, "Amerika Birləşmiş Ştatlarının Prezidenti" yazısı və prezidentlik müddətinin rəqəmləri olan "45-ci və 47-ci" yazısı var.

Vladimir Zelenski Lindsi Qremlə vida mərasimində iştirak etmək üçün iyulun 28-də ABŞ- a səfər edib. Bundan əvvəl o, Trampla Ağ Evdə görüşüb. Ukrayna prezidentinin sözlərinə görə, onlar “Patriot” hava hücumundan müdafiə sistemi üçün tutucu raketlərin istehsalı məsələsini müzakirə ediblər.

Müəllif: Tural

Mənbə: publika.az