Miqrasiya Xidmətində süni intellekt tətbiq olunacaq

Miqrasiya Xidmətində süni intellekt tətbiq olunacaq

Dövlət Miqrasiya Xidmətində süni intellekt əsasən iki istiqamətdə, elektron müraciətlər və çağrı mərkəzlərində tətbiq edilə bilər.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov media nümayəndələri üçün "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda təşkil olunan mediaturda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qurum rəsmisi qeyd edib ki, istifadəçi elektron resurs üzərindən sual verir və artıq əməkdaş deyil, süni intellekt həmin məlumatı rahat anlaşılan formada təqdim edir. O bildirib ki, öncə süni intellektin dövlət orqanlarında tətbiqi sahələri müəyyənləşdirilməlidir:

"Prezident İlham Əliyevin imzaladığı rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər planında da dövlət orqanlarının üzərinə süni intellektin tətbiqi ilə bağlı vəzifələr qoyulub. Bu sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak edən dövlət qurumları ilə sıx təmasdayıq".

Mənbə: bizim.media