Nazirlər Kabineti “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamda dəyişiklik edilməsi barədə dövlət başçısının 2026-cı il 23 iyul tarixli 1103 nömrəli Sərəncamının icrasına başlayıb.
Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə tapşırılıb.
Mənbə: publika.az