Azərbaycanda yaşayan əcnəbilərin sayı AÇIQLANDI

Azərbaycanda yaşayan əcnəbilərin sayı

Bu gün Azərbaycanda təxminən 210-220 min əcnəbi yaşayır. Bu göstərici fonunda qanunsuz yaşayan əcnəbilərin sayı idarəolunan haldadır.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov media nümayəndələri üçün "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda təşkil olunan mediaturda jurnalistlərin suallarını cavablandırarkən deyib.

V.Hüseynov qeyd edib ki, Azərbaycana gələn əcnəbilərin sayı ümumilikdə 160-250 min arasında dəyişir:

"Bu say mövsümdən asılı olaraq, yəni yay aylarında təbii olaraq artaraq 250 minə çatır".

Günay Şahmar, Bizim.Media

Mənbə: bizim.media