Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Rusiyanın ölkəsinə hərbi müdaxilə edəcəyi ilə bağlı ehtimalları qətiyyətlə rədd edib.
O, RMF FM radiosuna müsahibəsində Ukraynadakı müharibəyə bənzər genişmiqyaslı münaqişənin baş verəcəyinə dair heç bir məlumat və ya proqnozun olmadığını bildirib.
Bununla yanaşı, nazir Moskvanı diversiya, təxribat və təbliğat fəaliyyətini artırmaqda ittiham edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin isə bundan əvvəl dəfələrlə Moskvanın NATO ölkələrinə hücum etmək niyyətində olmadığını bəyan edib. Putin Qərb liderlərinin daxili problemlərdən diqqəti yayındırmaq məqsədilə "Rusiya təhlükəsi"ni süni şəkildə şişirtdiyini vurğulayıb.
Müəllif: Adəm
Mənbə: publika.az