Mirziyoyevdən Bakıya YARAŞAN jest – Daşkəndin o DAVRANIŞI...

Mirziyoyevdən Bakıya YARAŞAN jest – Daşkəndin o DAVRANIŞI...

Xəbər verdiyimiz kimi, Azərbaycanın Özbəkistandakı yeni səfiri Rəşad Məmmədov iyulun 28-də etimadnaməsini Özbəkistan Prezidenti Şövkət Mirziyoyevə təqdim edib. Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bir gün öncə isə etimadnamənin surətini xarici işlər naziri qəbul eləmişdi.

Xatırladaq ki, Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən cəmi 5 gün əvvəl geri çağırılıb və Özbəkistana səfir göndərilib. Ən qısa vaxtda (4 gün ərzində) qardaş ölkə rəhbərinin səfirimizin etimadnaməsini qəbul etməsi Azərbaycana xüsusi münasibətin göstəricisi hesab olunur.

Belədirmi? Səfirlərin etimadnaməsi ən uzağı neçə gün ərzində dövlət başçıları tərəfindən qəbul edilir? Diplomatik praktika nə deyir? Azərbaycan Prezidenti indiyədək ən tez neçə gün ərzində və hansı ölkənin səfirinin etimadnaməsini qəbul edib?

Tofiq Zülfüqarov: “Əliyevin yürütdüyü siyasət Azərbaycanın milli  maraqlarına əsaslanır” | KONKRET

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, səfirlərin etimadnamələrinin qəbul edilməsi məsələsində hər ölkənin öz protokol qaydaları var: “Bəzi ölkələrdə səfirlərin sayı çoxdur, hətta 200-ə çatır. Belə ölkələrdə ildə iki-üç dəfə səfirlərin etimadnamələri qəbul dövlət başçısı tərəfindən xüsusi tədbir formasında qəbul edilir. Məsələn, Rusiyada 20-30 səfirin etimadnaməsini eyni vaxtda qəbul edirlər. Bəzi ölkələrdə səfirlərin etimadnaməsi fəxri karaula bənzər tədbir keçirilməklə qəbul olunur.

Özbəkistan prezidenti Şövkət Mirziyoyevin Azərbaycanın yeni təyin olunmuş səfirinin etimadnaməsini bir həftədən də az zamanda qəbul etməsinə gəlincə, bu addım Azərbaycan dövlətinə, xüsusilə də Azərbaycan Prezidentinə dostluq jesti kimi qəbul edilə bilər. Çünki səfirin etimadnaməsi ölkəsinin prezidenti tərəfindən təsdiq olunmuş məktubdur. Özbəkistan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə dostluq jestini nümayiş etdirib”.

Etibar Seyidağa

Mənbə: musavat.com