Köçəryanı rəsmən diz çökdürürlər – Şirkətlərdən villalara qədər

Köçəryanı rəsmən diz çökdürürlər – Şirkətlərdən villalara qədər

Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı açılan yeni iş ölkədə böyük rezonans doğurub.

Ermənistan Baş Prokurorluğu Robert Köçəryan və onunla əlaqəli şəxslərə məxsus olduğu bildirilən iri həcmdə əmlakın və maliyyə aktivlərinin dövlət xeyrinə müsadirə olunmasını tələb edib.

Məlumata görə, müsadirə olunanlar siyahısına 22 daşınmaz əmlak daxildir. Onlardan 19-nun ümumi bazar dəyəri 11 milyard 154 milyon 790 min dram təşkil edir. Bundan əlavə, iki daşınmaz əmlakın alınması hüququnun da müsadirəsi tələb olunur.

Baş Prokurorluq həmçinin 3 milyon 84 min 965 ABŞ dolları və 985 milyon 190 min 729 dram məbləğində istiqrazların, 1 milyon 405 min 59 ABŞ dollarından çox və 200 milyon dram həcmində bank əmanətlərinin dövlətə verilməsini istəyir.

İddiada Köçəryanın 13 hüquqi şəxsdə, o cümlədən "Toyota Yerevan", "Nairi Insurance" və digər şirkətlərdə iştirak payları, eləcə də daha dörd hüquqi şəxsdəki payların əldə edilməsinə çəkilən vəsait də yer alır.

Bundan başqa, 4 milyon 25 min 914 ABŞ dolları, 8 milyard 302 milyon 16 min 732 dram, 260 milyon 452 min 574 rubl və 589 min 741 avro məbləğində borc tələbi hüquqlarının, iki nəqliyyat vasitəsinin və 3 milyard 822 milyon 451 min 103 dram dəyərində digər əmlakın da müsadirəsi tələb edilir.

İddiada əlavə olaraq 19 milyard 561 milyon 949 min 303 dram və 502 milyon 359 min 121 dram məbləğində vəsaitin də dövlət xeyrinə alınması istənilir.

Mənbə: musavat.com