Epşteynin ortağı barədə diqqətçəkən qərar - Bu dəhşətlidir

Epşteynin ortağı barədə diqqətçəkən qərar - Bu dəhşətlidir

ABŞ Senatı həbsxanada ölü tapılan Ceffri Epşteynin cinayət ortağı Qisleyn Maksvell barədə diqqətçəkən qərar qəbul edib.

Bu barədə “The Hill” nəşri məlumat yayıb.

Bildirilib ki, Epşteyn işi üzrə 20 il həbs cəzasına məhkum edilən Maksvellə bağlı prezident əfvi də daxil olmaqla hər hansı cəza endiriminin tətbiqinə qarşı çıxan qərar layihəsi yekdilliklə qəbul edilib.

Qərar layihəsi demokrat senator Jacky Rosen tərəfindən təqdim olunub. Rosen bildirib ki, Makvellə əfv verilməsi ideyasının müzakirəyə çıxarılması belə dəhşətlidir.

Qeyd edək ki, Maksvell hazırda Texas ştatındakı federal həbsxanada saxlanılır. O, ittihamları qəbul etmir və hökmün ləğvi üçün hüquqi mübarizəsini davam etdirir.

Müəllif: Roza

Mənbə: publika.az