ABŞ prezidenti Donald Trampın İranın iqtisadiyyatını təcrid etmək cəhdi Vaşinqtonla Pekin arasında ciddi qarşıdurmaya səbəb ola bilər.
bu barədə "Bloomberg" yazıb.
Bildirilib ki, İran neftinin təxminən 90 faizini Çin alır. ABŞ Çinin İranla ticarət əlaqələrinə qarşı sərt sanksiyalar tətbiq edərsə, Pekinin buna cavab verə biləcəyi bildirilir. Çin daha əvvəl nadir torpaq metalları üzrə ixrac məhdudiyyətləri tətbiq etməklə Tramp administrasiyasına təzyiq göstərib.
Nəşrə danışan ekspertlər hesab edirlər ki, Vaşinqtonun təzyiqləri İranla yanaşı, Çin, Türkiyə, Hindistan və BƏƏ ilə münasibətlərdə də ciddi gərginlik yarada bilər.
Akqabay
Mənbə: publika.az