"Bir gün İranı məhv etmək istəyir, ertəsi gün deyir İranın dostuyuq" - Pezeşkian (VİDEO)

"Bir gün İranı məhv etmək istəyir, ertəsi gün deyir İranın dostuyuq" - Pezeşkian (VİDEO)

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampla bağlı açıqlamalar verib.

O, Trampdan dan nə gözləyəcəyini bilmədiyini deyib.

"O, hər gün yeni bir şey deyir. Bir gün İranı məhv etmək istəyir, ertəsi gün deyir ki, biz İranın dostuyuq. Bir gün deyir ki, bizi qəbul edir, ertəsi gün isə qəbul etmir. Ona görə də, onun hansı açıqlamalarını qəbul edib ona əsasən hərəkət etməli olduğumuzu bilmirik", - deyə Pezeşkian qeyd edib.


Mənbə: unikal.az