“Azərbaycanlı pilotların təlimi məqsədilə 5 ədəd “Cessna 172 S” təyyarəsinin alınması planlaşdırılır”.
Bu barədə Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzində hazırda bu tipli 5 hava gəmisi var: “Bu tip təyyarənin alınması və onların sayının 10-na çatdırılması planlaşdırılır”.
S.Quliyevin sözlərinə görə, şirkət “Cessna 172 S” tipli hava gəmilərinə texniki xidmət göstərir: “Biz həm baza, həm operativ texniki xidmətləri göstəririk. Buraya mühərriklərin, qanadların çıxarılması və qoyulması daxildir. “Cessna 172 S” tipli hava gəmiləri ABŞ istehsalıdır. Bu təyyarələrdə Almaniya mühərrikləri quraşdırılıb. Bu mühərriklər həm dizel, həm də aviasiya yanacağı ilə işləyirlər”.
Cavid Məmmədov
Mənbə: qafqazinfo.az