Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Sergey Lavrovun ona araq verdiyi iddiasını təkzib edib.
Zaxarova həmin naharda özünün də iştirak etdiyini deyib.
"O, qarşısındakı şərabı seçə bilərdi. Amma Conson, öz zövqləri ilə məşğul olmağı seçdi. Həmin naharı xatırlayıram. Conson daim daha çox içmək istəyirdi. Sonra Liz Trass gəldi. Hətta kişilər də təəccübləndilər. Britaniyalı bir qadının gətirdiyi ingilis pabının atmosferi Morozov malikanəsinin divarlarına uyğun gəlmirdi", - deyə Zaxarova qeyd edib.
Qeyd edək ki, Zinaida Morozovanın Moskvadakı Spiridonovka küçəsindəki malikanəsi 1938-ci ildən bəri Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evi kimi xidmət edir.
Mənbə: unikal.az