Poqosyan Tehranda Hüseyn Rəhimi ilə görüşdü: Nəyi müzakirə ediblər?

Poqosyan Tehranda Hüseyn Rəhimi ilə görüşdü: Nəyi müzakirə ediblər?

Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan Tehranda İran İslam Respublikasının ədliyyə naziri Əmin Hüseyn Rəhimi ilə görüşüb.

Bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, görüş zamanı tərəflər cinayət işlərində hüquqi yardım prosedurlarının səmərəliliyinin artırılması və iki ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunmasına yönəlmiş səlahiyyətli orqanlar arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mənbə: publika.az