Dörd Amerika təyyarəsi Rusiyanın hava məkanına daxil oldu

ABŞ-a məxsus dörd təyyarə Rusiyanın hava məkanına daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, səmada Qara dəniz ərazisində Rusiya sərhədlərinə tərəf uçan Amerikanın iki “B-1B” qırıcı təyyarələri və iki ədəd “KC-135” tipli hərbi nəqliyyat təyyarəsi qeydə alınıb.

Bildirilir ki, Rusiyanın dövlət sərhədlərinin pozuntusuna yol verməmək üçün havaya iki ədəd “Su-30” qırıcı təyyarələri qaldırılıb və onlar sözügedən təyyarələri havada müşayiət edib. Amerika təyyarələri dönərək geri qayıtdıqda “Su-30” təyyarələri də bazaya geri dönüb.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya hərəkətə KEÇDİ: SSRİ xalqlarına qarşı soyqırım törədən Alman əsgərlərinə cinayət işi açılacaq

SONRAKI XƏBƏR

Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"