30 ildə Ermənistanla olan danışıqlarımız özünü doğrultmadı - Nazir müavini

30 ildə Ermənistanla olan danışıqlarımız özünü doğrultmadı - Nazir müavini

Bizim vaxtilə 30 il ərzində Ermənistanla olan danışıqlarımız özünü doğrultmadı.

Trend-in məlumatına görə bunu, “Mədəniyyət naminə sülh” qlobal
kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan 50-dən çox fərqli etnik qruplara xitab edir.

"Yüz illərdir ki, Azərbaycanda sülh və əminamanlıq içində yaşayan milli azlıqlar var. İllər boyunca tolerantlıq mədəniyyətlərarası dialoq təbliğ olunub. Azərbaycan olaraq tolerantlıq sülh idealarını daim səsləndiririk. Bu, münaqişlərin qarşısının alınmasının yeganə yoludur. Sülh bütün mədəniyyətlərin irəli getməsi üçün önəmlidir", deyə nazir müavini bildirib.

Mənbə: az.trend.az