"Twitter" Xameneinin hesabını bağlayıb

"Twitter" Xameneinin hesabını bağlayıb

"Twitter" ABŞ-ın sabiq Prezidenti Donald Trampı təhdid edən yazı ilə çıxış edən İranın Ali lideri Əli Xameneinin hesabını bağlayıb.

Bizim.Media xəbər verir ki, Ə.Xameneinin “khameneisite” adlı rəsmi "Twitter" səhifəsi general Qasım Süleymaninin öldürülməsinə göstəriş verən D.Trampın öldürülməsini əks etdirən animasiya paylaşdıqdan sonra hesab dondurulub.

Qeyd edək ki, Ə.Xameneinin rəsmi internet saytında və saytın sosial media hesablarında “İntiqam qətidir” mesajı ilə Q.Süleymaninin öldürülməsinə göstəriş verən D.Trampın öldürüldüyünü göstərən animasiya yayımlanıb.

Bizim.Media
 

Mənbə: bizim.media