Almaniya kansleri: "Putin uzunmüddətli hərbi əməliyyatlara hazır görünür"

“Rusiya Prezidenti Vladimir Putin ən azı bir ildir müharibəyə hazırlaşırdı. Ona görə də Kreml uzunmüddətli savaş apara biləcək”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu fikirləri Almaniyanın kansleri Olaf Şolts deyib.

“Həqiqətən, kimsə müharibənin nə vaxt başa çatacağını bilmir. Lakin Putin uzunmüddətli hərbi əməliyyatlara hazır görünür. Düşünürəm ki, müharibənin başlanması barədə qərar ən azı bir il əvvəl qəbul olunub. Yəni Putin buna hazırlaşıb”, - o söyləyib.

O.Şolts vurğulayıb ki, Putin bunu etiraf etməsə də, Rusiya Qərbin sanksiyalarının təsirini hiss edir: “O, Qərbin Rusiya iqtisadiyyatına təsirini başa düşür”

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak müharibənin Rusiya işğal etdiyi əraziləri tərk edənədək müharibənin davam edəcəyini bildirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İranda dəhşətli yol qəzasında 14 nəfər yanaraq həlak oldu - VİDEO

SONRAKI XƏBƏR

Arbaxan Maqomedov: “İrəvanın bəyanatlarının mənası aydın deyil”