Ukrayna ordusu rus diversantları məhv etdi

Ukrayna ordusu rus diversantları məhv etdi<span class="qirmizi"></span>

Ukrayna hərbçiləri rusların Dobryanka bölgəsindəki hücumunu uğurla dəf ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Dobryanka ərazisində əsgərlərimiz rusların təxribat-kəşfiyyat qrupunu demək olar ki, tamamilə məhv edərək, düşmənin ardınca gələn həmləsini uğurla dəf ediblər. Yujnobuqski istiqamətində düşmən qüvvələrini Ukrayna bölmələrini keçmək üçün cəmləşdirib. Onlar Posad-Pokrovskoye, Pribuqskoye, Mirnoye, Kotlyarevo və Blaqodatnoye yaşayış məntəqələri ərazilərində minaatan, tank, top və raket artilleriyasından atəşə tutub. Ruslar Qara və Azov dənizlərinin sularında “Kalibr” tipli qanadlı raketlərin dörd daşıyıcını Ukrayna ərazisindəki infrastruktur obyektlərinə zərbələr endirmək üçün hazır vəziyyətdə saxlayır”,- məlumatda bildirilib.

Mənbə: axar.az